• Bakı 19° C

    13.57 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

Deputat Vergi Məcəlləsinə də dəyişikliklərin edilməsini təklif edib

SİYASƏT

30 Sentyabr 2025 | 12:17

Deputat Vergi Məcəlləsinə də dəyişikliklərin edilməsini təklif edib

"Bələdiyyələrlər bağlı bir neçə təklif vermişik. Nazirlər Kabineti tərəfindən məzarlıqlarla bağlı məsələ müzakirə edilmişdi, bunun qanun kimi qəbul edilməsini istəyirik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, xüsusilə aztəminatlı ailələr bu mövzuda tez-tez bələdiyyələrə müraciət edirlər və onlara dəstək mexanizmlərinin yaradılması zəruridir.

Bununla yanaşı, Vergi Məcəlləsinə də dəyişikliklərin edilməsini təklif edib:

"Yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı olan vergilərlə düzəlişlər edilməlidir. .Qeyri-yaşayışdan su, işıq, qaz kimi ödənişlərdən 3 qat vergi götürülür. Bunlar tənzimlənməlidir".

Nəzərə çatdırıb ki, ümumilikdə bələdiyyə fəaliyyəti ilə bağlı 20-dən çox təklif müvafiq orqanlara təqdim edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Sentyabr 2025