"Azərbaycan dövlətinin adı dəyişdirilməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
“Azərbaycanda dövlət quruculuğu istiqamətində atılan addımlar barədə təklifim var. Təklifim budur ki, Azərbaycan dövlətinin adı dəyişdirilməlidir. Bizim ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya birliyi bilməlidir ki, 200 il əvvəl iki imperiya tərəfindən ikiyə bölünmüşük. Düşünürəm ki, bu, həm də cənubi azərbaycanlılar üçün stimul olar”.
Nuranə Daxilqızı
















