• Bakı 22° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

DİQQƏT! Paytaxtın bu əraziləri qazsız qalacaq

CƏMİYYƏT

09 Iyun 2026 | 19:53

DİQQƏT! Paytaxtın bu əraziləri qazsız qalacaq

Sabah Bakının bir hissəsində qaz olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilir ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Xocasən qəsəbələrinin, Suraxanı rayonunun “MİDA” yaşayış kompleksinin, Nəsimi rayonunun Azadlıq prospektinin, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, V. Plotnikov, S. Əsgərova, S. Rəhimov, Bakıxanov, E. Tağızadə və İ. Həmidov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR