Havaların isinməsi ilə sərinləmək üçün ən çox üstünlük verilən məhsullardan biri də dondurmalardır. Yay aylarında dondurma istehlakının artması ilə boğaz infeksiyalarının tezliyində də açıq-aşkar artım müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, dondurma düzgün istehlak edildikdə sağlamlıq problemi yaratmır. Ancaq düzgün istehlak edilmədikdə immuniteti aşağı olan insanlarda boğaz infeksiyasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, dondurma su ilə istehlak edildikdə boğaz infeksiyalarının tezliyi azalır.
Dondurmanın tərkibində süd, yağ, şəkər, zülal və kalsium kimi orqanizm üçün vacib maddələr var, yay aylarında uşaqlar üçün əvəzolunmazdır. Şirin sevən insanlar üçün sağlam qida mənbəyidir.
Təbii meyvələrdən hazırlanmış meyvəli sortları ilə də antioksidant mənbəyidir. İnək südünə qarşı allergiyası olanlar keçi südündən hazırlanmış dondurma yeyə bilərlər. Dondurmanı su ilə istehlak etmək boğaz infeksiyalarının tezliyini azaldır.
Bundan əlavə, dondurma qablaşdırmadan çıxarıldıqdan dərhal sonra istehlak edilməməlidir. Bir müddət gözləmək mədə və bağırsaqlar üçün faydalıdır. Yenə kiçik tikə yemək və ağızda əritmək boğaz infeksiyası riskini azaldır.
Ay Tac


jpg-1686817364.webp)
jpg-1686815339.webp)


jpg-1686814588.webp)








