• Bakı 14° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Dünya bazarında inflyasiya sona çatır? - PROQNOZ

İQTİSADİYYAT

22 Aprel 2024 | 14:35

Dünya bazarında inflyasiya sona çatır? - PROQNOZ

Dünyada inflyasiya ilə mübarizənin sona yaxınlaşdığına dair siqnallar artır.

Bakıvaxtı.az "Associated Press"ə istinadən bildirir ki, bununla bağlı Amerika maliyyə sistemindəki mövcud vəziyyətə dair qiymətləndirmələrin yer aldığı Maliyyə Sabitliyi hesabat açıqlayıb.

Hesabata görə, FED uçot dərəcəsini son 23 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 faiz aralığında saxlasa da, 2023-cü ilin iyul ayından etibarən açıqlanan məlumatlar iqtisadiyyatdakı canlılığa bir işarədir. Həmçinin vurğulanıb ki, davamlı inflyasiya və sərt pul siyasəti daha çox bazar iştirakçılarını riskə atır. Bu vəziyyət pul bazarlarındakı qiymətlərə də təsirsiz ötüşmür.

Bu fonda FED may ayında pul bazarlarında siyasət faizini sabit saxlasa da, iyun ayında faizlərin aşağı salınacağı gözlənilir. Belə ki, ucuzlaşmanın iyun ayında 15 faiz, iyul ayında 41 faiz, sentyabrda isə 64 faiz olacağı proqnozlaşdırılır.  

Qeyd edə ki, bu həftə ərzində ABŞ-ın texnologiya nəhənglərinin, xüsusən "IBM", "Boeing", "Meta", "Microsoft", "Alphabet", "Airbus" və "Exxon Mobil" kimi şirkətlərin də maliyyə hesabatının açıqlanacağı gözlənilir. 

Gülşən Şərif


SON XƏBƏRLƏR