• Bakı 19° C

    6.53 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Dünyada 410 milyondan çox insan koronavirusa yoluxub

DÜNYA

13 Fevral 2022 | 11:14

Dünyada 410 milyondan çox insan koronavirusa yoluxub

Dünyada qeydə alınan koronavirus infeksiyası hallarının sayı 410 242 868 nəfərə çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu ABŞ-ın Cons Hopkins Universitetinin məlumatlarından görmək olar.

Virusun yayılmasının başlanğıcından indiyədək 5 milyon 810 min 840 nəfər dünyasını dəyişib.

20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan və Braziliya da var.

Yoluxmuş və ölənlərin sayına görə liderliyi ABŞ qoruyur, burada COVID-19-a yoluxanların sayı 77 707 349 nəfər, ölənlərin sayı 919 255 nəfər olub.

Hindistan yoluxanların sayına görə ikinci yerdədir, burada COVID-19-a təsdiqlənmiş halların sayı 42 631 421 nəfərə, virusa yoluxmanın nəticələrindən ölənlərin sayı isə 508 655 nəfərə çatıb.

COVID-19-a yoluxma hallarının sayına görə üçüncü yerdə 27 434 286 nəfərin yoluxduğu Braziliyadır, onlardan 638 346 nəfər ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026