• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukrayna Rusiya ilə sülh sazişinin bağlanma vaxtını açıqladı

DÜNYA

15 Mart 2022 | 09:03 | Müəllif: Qalib İbrahimoğlu

Ukrayna Rusiya ilə sülh sazişinin bağlanma vaxtını açıqladı

"Rusiya ilə sülh sazişi azı bir və ya iki həftə ərzində, ən geci isə mayda bağlana bilər".

Bakıvaxtı.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

Onun sözlərinə görə, hazırda vəziyyət pisdir: "İndi və ya bir-iki həftə ərzində tez bir zamanda qoşunların çıxarılması ilə sülh razılaşması olacaq, qalan hər şeylə yaxın gələcəkdə razılaşacağıq – bir və ya iki həftə və ya mayın sonunadək ola bilər, növbəti raunddan sonra”.

Qeyd edək ki, martın 14-də Rusiya və Ukrayna arasında onlayn danışıqların dördüncü raundu başlayıb. Lakin sonra Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə danışıqlarda martın 15-dək texniki fasilə verildiyini bildirib.

Artıq Rusiya və Ukrayna tərəfləri arasında danışıqların üç raundu keçirilib (report.az). Son görüşdən sonra Ukrayna tərəfi bəyan edib ki, humanitar dəhlizlər məsələsində müsbət irəliləyişlər var, lakin hələlik Ukraynada vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq heç bir nəticə yoxdur. Öz növbəsində Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqların növbəti raundundan gözləntilərin özünü doğrultmadığını qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR