• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Misirdə avtobus qəzası: ölənlər və yaralananlar var

DÜNYA

14 Aprel 2022 | 01:15 | Müəllif: Qalib İbrahimoğlu

Misirdə avtobus qəzası: ölənlər və yaralananlar var

Misirin Asuan əyalətindəki Əbu-Simbel rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın Misirin Daxili İşlər Nazirliyinə istinadla xəbərinə görə. avtobusun qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşması və yanması nəticəsində azı 10 nəfər ölüb, 14 sərnişin yaralanıb.

Qəzada ölənlərin 4 nəfəri Fransa, biri isə Belçika vətəndaşıdır (azərtac). Yaralıların da 12-si fransız və belçikalı turistlərdir. Misirin Baş Prokurorluğu insidentlə bağlı cinayət işi qaldırıb, polis hadisənin baş verdiyi ərazidə təhqiqat aparır.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi həlak olanların ailələrinə və yaxınlarına başsağlığı mesajı yayımlayıb, yaralı turistlərin müalicəsi üçün müvafiq strukturlara tapşırıq verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026