• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Dünyada hava çirkliliyi: ÜST standartlarına cavab verən 7 ölkə var

DÜNYA

19 Mart 2024 | 12:41

Dünyada hava çirkliliyi: ÜST standartlarına cavab verən 7 ölkə var

Ümumdünya Səhiyyə Təşkilatı yeni dərc olunan hesabatında dünya ölkələrinin havanın keyfiyyət standartlarına uyğun olub-olmadığını araşdırıb.

Bakıvaxtı.az "N TV"-yə istinadən xəbər verir ki, hesabatda araşdırılan 134 ölkə və ərazidən yalnız yeddisi avtomobil, yük maşınları və sənaye nəqliyyat vasitələrindən atılan kiçik hissəciklər üçün ÜST-nin limitinə cavab verir.

Bu ölkələr Avstraliya, Estoniya, Finlandiya, Qrenada, İslandiya, Mavrikiy və Yeni Zelandiyadır.

Dünya üzrə 30 mindən çox monitorinq stansiyasından məlumat toplayan İsveçrənin hava keyfiyyəti agentliyi IQAir-in hesabatına görə, əksər ölkələr insan saçından kiçik mikroskopik his növü olan "PM2.5" standartına cavab vermir. Bu, nəfəs aldıqda sağlamlıq problemlərinə və ölümə səbəb ola bilər.

Dünyada hava, ümumilikdə, keçən əsrdə olduğundan daha təmiz olsa da, hələ də çirklənmə səviyyəsinin xüsusilə təhlükəli dərəcədə yüksək olduğu bölgələr var. IQAir hesabatına görə, ən çirkli ölkə olan Pakistanda PM2.5 səviyyəsi ÜST standartlarından 14 dəfə yüksəkdir. Müəyyən edilib ki, Hindistan, Tacikistan və Burkina Faso dünyanın ən çirkli havası olan ölkələrdir.

Uzun müddətdir ki, qərb dünyasında ən təmiz havasına sahib olduğu düşünülən Kanada keçən il rekord qıran meşə yanğınları ölkəni məhv etdiyi üçün "PM2.5-ə görə ən çirkli ölkə" oldu.

Ötən il Çində hava keyfiyyətinin yaxşılaşması Covid-19 epidemiyasından sonra iqtisadiyyatın bərpası səbəbindən pozulub. Son ölçmələrdə PM2.5 səviyyələrində 6,5 faiz artım aşkar edilib.

Havanın çirklənməsi dünyada hər il, təxminən, 7 milyon insanın ölümünə səbəb olur. Bu say QİÇS və malyariyadan ölənlərin cəmindən çoxdur.

Dünya üzrə havanın keyfiyyətinə nəzarət edən IQAir-in hesabatına görə, dünyanın ən çirkli şəhərlərinin əksəriyyəti Hindistanda yerləşir. Bu şəhərlərdən 83-ü Hindistandadır. Hesabata görə, Hindistanda 1,3 milyard insan və ya əhalinin 96 faizi ÜST təlimatlarında göstəriləndən 7 dəfə yüksək hava çirkliliyi ilə yaşayır.

Keçən il yalnız 10 ölkə və ərazidə havanın keyfiyyəti "sağlam" hesab edilib. Bu ölkələr Finlandiya, Estoniya, Puerto Riko, Avstraliya, Yeni Zelandiya, Bermud adaları, Qrenada, İslandiya, Mavrikiy və Fransız Polineziyası idi. Bu il say azalaraq yeddi ölkəyə düşüb.

Ay Tac


SON XƏBƏRLƏR

26 Aprel 2024