• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünyada hər il milyon yarım insan buna görə ölür

DÜNYA

01 Dekabr 2024 | 18:24 | Müəllif: Subhan Mahmudov

Dünyada hər il milyon yarım insan buna görə ölür

Yanğınların səbəb olduğu hava çirklənməsi hər il dünyada milyon yarımdan çox insanın ölümünə gətirib çıxarır. Bu hallarının 90%-dən çoxu aşağı və orta gəlirli ölkələrin payına düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Lancet” elmi jurnalında dərc olunmuş məqalədə deyilib.

Yanğınlarla əlaqəli hava çirklənməsindən ən çox ölüm halları Çin, Konqo Demokratik Respublikası, İndoneziya və Nigeriyada qeydə alınıb.

Məqalədə bildirilir ki, iqlim dəyişikliyi tez-tez intensiv meşə yanğınlarına səbəb olduğundan, qarşıdakı illərdə bundan ölümlərin daha da artacağı gözlənilir. Yoxsul ölkələrin iqlim ədalətsizliyi ilə üzləşdiyini vurğulayan tədqiqat müəllifləri sözügedən məsələ ilə bağlı təcili tədbirlər görməyə çağırırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026