• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

DYP rüşvət aldığı iddia edilən polislə bağlı araşdırmaya başladı (VİDEO)

CƏMİYYƏT

21 Iyun 2021 | 17:47

DYP rüşvət aldığı iddia edilən polislə bağlı araşdırmaya başladı (VİDEO)

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.

Unikal.org Meydan TV-yə istinadən xəbər verir ki, videoda yol hərəkəti qaydasını pozan sürücünün yol polisi əməkdaşı tərəfindən saxlanıldığı görünür. Daha sonra davam etdirilən söhbət zamanı sürücü qaydanı pozduğunu etiraf etsə də, yol polisi əməkdaşına rüşvət təklif edir. Polis isə məbləğlə razılaşmayaraq “bu nədir verirsən 100 manatlıq qayda pozuntusuna?” deyərək reaksiya verib. Daha sonra isə o, sürücü barəsində protokol tərtib etmədən onu buraxıb.

İdarənin sözçüsü, polis polkovnik-leytenantı Namidan Piriyev saytımıza açıqlamasında bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma aparılır: “Hazırda xidməti yoxlama aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026