• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əfqanıstanın ABŞ-dakı səfirliyi və konsulluqları bağlandı

DÜNYA

17 Mart 2022 | 12:12

Əfqanıstanın ABŞ-dakı səfirliyi və konsulluqları bağlandı

Əfqanıstanın Vaşinqtondakı səfirliyi, Nyu-York və Los-Ancelesdəki konsulluqları maliyyə vəsaiti çatışmazlığı səbəbindən bağlanıb.

Bakıvaxtı.az “Pajhwok” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Əfqanıstanın bu ölkədəki diplomatik missiyası gündəlik fəaliyyəti və artan problemlərin həlli üçün maliyyə vəsaitinin çatılşmazlığı problemi ilə üzləşib. Qeyd olunub ki, ABŞ adminstrasiyası səfirliyin bank hesablarını dondurduğu üçün səfirlik fəaliyyətini dayandırıb.

Səfirlik yaranmış vəziyyətlə əlaqədar ABŞ-ın Dövlət Departamentinə müraciət edərək diplomatik missiyaların fəaliyyəti üçün Vyana konvensiyasına əməl olunmasını istəyib.

“Vyana Konvensiyasına əsasən, səfirliyin və başqa diplomatik missiyanın təhlükəsizliyinə görə məsuliyyətin ABŞ administrasiyasına verilməsi ilə bağlı Dövlət Departamentindən yardım istəyib”, - səfirlikdən qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026