• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Əliyar Ağayev İngiltərə-Almaniya oyununu idarə edəcək

İDMAN

26 Iyun 2023 | 11:19 | Müəllif: Subhan Mahmudov

Əliyar Ağayev İngiltərə-Almaniya oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, o, C qrupunun III turundakı İngiltərə - Almaniya görüşündə baş hakim olacaq.

Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq.

Qeyd edək ki, iyunun 28-də "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika - Niderland (0:0) matçını idarə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026