7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Bildirib ki, əmək pensiyalarının orta məbləği 535 manat çatması proqnozlaşdırılır. 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi.
S.Babayev nəzərə çatdırıb ki, yaşa görə əmək pensiyalarında rəqəm daha yüksəkdir ki, burada rəqəm 571 manat olacaq. 2019-cu ildə bu 292 manat idi.
Mina Mikayılova