• Bakı 27° C

    10.83 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Emin Ağalarov 30 sot torpaq üçün 3 milyon ödəyib

ŞOU

10 Iyun 2026 | 23:36

Emin Ağalarov 30 sot torpaq üçün 3 milyon ödəyib

Xalq artisti Emin Ağalarov bu yaxınlarda Azərbaycanda yeni torpaq sahəsi alıb.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu barədə jurnalist Kseniya Sobçakın verilişində danışıb. O bildirib ki, qonşusuna məxsus olan ərazini 3 milyon dollara (təxminən 5 milyon 100 min manat) alıb. Ağalarov qeyd edib ki, buna səbəb qonşuluqdakı səs-küy olub:

“Köhnə "Sea Breeze" ərazisindəki qonşumun yarımçıq tikilisi vardı və ora təxminən 20 it gətirmişdi. İtlər daim hürürdü. Mənim isə mütəmadi qonaqlarım gəlir və orada festival, restoran tədbirləri keçirilir. Bu vəziyyət məni çox narahat edirdi. Səkkiz il davam edən danışıqlardan sonra 30 sot torpaq üçün 3 milyon dollar ödədim. Bu, hətta Barvixadakı (Moskva vilayətində yerləşən elit yaşayış məntəqəsi) qiymətlərdən də bahadır”.

Emin hazırda Azərbaycanda 900-dən çox torpaq sahəsinin olduğunu da bildirib./Axşam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026