• Bakı 14° C

    5.56 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparıdı

İQTİSADİYYAT

12 Noyabr 2025 | 17:27

Enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparıdı

İqtisadiyyat naziri Mikayıl Cabbarov “China Datang Corporation Ltd.” şirkətinin sədri Lü Cün ilə görüşüb.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, görüşdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, qeyri-neft sektorunun şaxələndirilməsi və yaşıl enerji konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar diqqətə çatdırılıb. Qeyd edilib ki, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və texnoloji innovasiyaların tətbiqi ölkə iqtisadiyyatının əsas prioritet istiqamətlərindəndir.

Tərəflər birgə fəaliyyətin perspektivləri kimi enerji keçidi, “Birgə Yaşıl Enerji Sənaye Parkı” layihəsinin həyata keçirilməsi, energetika sektoruna kapital qoyuluşu, lokallaşdırma və texnologiya transferi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Çinin ən iri dövlət energetika şirkətlərindən olan “China Datang Corporation Ltd.” 2002-ci ildə yaradılıb. Şirkət enerji istehsalı, bərpa olunan enerji texnologiyalarının tətbiqi, enerji səmərəliliyi, avadanlıq istehsalı və innovativ enerji həlləri sahəsində geniş təcrübəyə malikdir.


SON XƏBƏRLƏR