• Bakı 22° C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

"Enjoy"da DAVA - Həbs edilənlər var

HADİSƏ

09 Iyun 2026 | 17:47

Enjoyda DAVA - Həbs edilənlər var

Bakının Səbail rayonunda gecə klubunda dava olub.

Bakıvaxtı.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə rayonunun M.İbrahimov küçəsində yerləşən "Enjoy" adlı iaşə obyektinin qarşısında baş verib.

Bir neçə nəfərin mübahisəsi davaya çevrilib və nəticədə klubun iki mühafizəçisi - 1994-cü il təvəllüdlü Vüsal Babayev və 2005-ci il təvəllüdlü Rəhim Səlimov saxlanılıblar.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) və 535.1-ci (polisə müqavimət) maddələri ilə ittiham elan edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onların hər biri 20 gün müddətinə həbs olunublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR