• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Ər-Riyadda baş tutan Rusiya-ABŞ dialoqu faydalı adlandırıldı

DÜNYA

25 Mart 2025 | 10:20

Ər-Riyadda baş tutan Rusiya-ABŞ dialoqu faydalı adlandırıldı

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda martın 24-də baş tutan Rusiya-ABŞ məsləhətləşmələrində bir çox problemi müzakirə etmək mümkün olub, çətin, lakin faydalı dialoq aparılıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin bildirib.

O qeyd edib ki, danışıqlar başqa formatda da davam etdiriləcək.

"Rusiya və ABŞ arasında danışıqlar BMT və ayrı-ayrı ölkələr də daxil olmaqla beynəlxalq birliyin iştirakı ilə davam edəcək", - Q.Karasin vurğulayıb.


SON XƏBƏRLƏR

25 Mart 2025