• Bakı 15° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Ərdoğan: Qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb, araşdırma başlayıb

SİYASƏT

12 Noyabr 2025 | 15:59

Ərdoğan: Qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb, araşdırma başlayıb

Ötən gün Azərbaycandan havaya qalxan C130 təyyarəsi qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədinə yaxın Siqnaxi bölgəsində qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

    O, qəza nəticəsində 20 hərbçinin şəhid olduğunu diqqətə çatdırıb.

    Onun sözlərinə görə, hadisədən dərhal sonra müdafiə, daxili və xarici işlər nazirləri ilə əlaqə saxlayıb, axtarış xilas-etmə işləri sürətlə başladılıb.

    Ərdoğan qeyd edib ki, təyyarənin qalıqlarının olduğu ərazi təhlükəsizlik məqsədilə bağlanıb.

    "Təyyarənin qara qutusu tapılıb, araşdırma başladılıb, həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb", - Türkiyə Prezidenti vurğulayıb.

    O, bu müddətdə Azərbaycan Prezidenti, daha sonra Gürcüstan Baş naziri ilə telefon danışığı apardığını bəyan edib.


    SON XƏBƏRLƏR