• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğanın zəngi Paşinyanın ən çox gözlədiyi zəng olub - AÇIQLAMA

GÜNDƏM

12 Sentyabr 2023 | 17:20 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğanın zəngi Paşinyanın ən çox gözlədiyi zəng olub - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sentyabrın 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xatırladır ki, Ərdoğan və Paşinyan regionda uzunmüddətli sülh və sabitliyin bütün region ölk

ələrinin inkişafına töhfə verəcəyini qeyd ediblər. Bu istiqamətdə diplomatik səylərini davam etdirəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Ərdoğan ötən gün Paşinyanla danışacağını bildirmişdi.

Nikol Paşinyan da deyib ki, danışıq çox dolğun və vacib olub: "Qarşılıqlı anlayış var ki, hər zaman müəyyən nüanslar üzərində ünsiyyət olmalıdır".

Millət vəkili Azər Badamov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Türkiyə Prezidenti Ərdoğanın zəngi Paşinyanın ən çox gözlədiyi zəng olub.

Deputat vurğulayıb ki, Türkiyə regionda vəziyyətin sabitləşməsində əsas aktordur: "Son günlər Ermənistanın mütəmadi təxribatları və şərti sərhədimizə hərbi birləşmələrinin cəmləşdirməsi yenidən müharibə riskini artırıb. Bununla yanaşı, vəziyyəti sabitləşdirmək üçün töhfə verən dairələr də çox azdır. Ermənistana dəstək verənlər od üzərinə neft tökürlər ki, müharibə başlasın və regionda öz maraqlarını təmin etsinlər. Türkiyə isə ədaləti dəstəkləyir və heç kimin haqqının tapdalanmasının tərəfdarı deyil”.

Azər Badamov: Ermənistana dəstək verənlər od üzərinə neft tökürlər ki, müharibə başlasın

Müsahibimiz hesab edir ki, Ərdoğan telefon zəngində Paşinyana qondarma quruma keçirilən "seçkiləri" qəbuledilməz olduğunu deyib. Çünki Ermənistanın separatçı addımları ancaq vəziyyəti gərginləşdirir və yenidən sialhların işlənməsini qaçılmaz edir.

Milli Məclis üzvü vurğulayıb ki, Nikol Paşinyan separatçı ideyalarından əl çəkməli və Azərbaycanla əldə olunmuş razılaşmalara əməl edərək sülh müqaviləsinin imzalanmasına tələsməlidir: "O cümlədən Ağdam-Xankəndi yolunun açılmasında da Tükiyə prezidentinin Nikol Paşinyana etdiyi zənginin təsiri olduğunu hesab edirəm. Telefon danışığında da Türkiyə prezidenti Paşinyanı regionda sabitliyə və əməkdaşlığa aparan siyasəti dəstəkləməyə çağırış edib. Əks halda bu, Ermənistan üçün yaxşı nəticələnməyəcək".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026