• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ermənilərin Qarabağa qayıdışı tələb edilirsə, onda... - AÇIQLAMA

SİYASƏT

17 Oktyabr 2024 | 10:32 | Müəllif: Qalib İbrahimoğlu

Ermənilərin Qarabağa qayıdışı tələb edilirsə, onda... - AÇIQLAMA

"Qarabağdan könüllü Ermənistana köç edən ermənilərin yenidən qayıtması ilə bağlı səsləndirilən fikirlər məqsədli şəkildə zaman-zaman aktuallaşdırılır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əli Oruclu deyib.

Analitik vurğulayıb ki, Azərbaycanın orada yaşamış ermənilərə cəmiyyətə reinteqrasiya təklif etməsinə və təhlükəsizliklərinə təminat verməsinə rəğmən, bununla razılaşmayıblar, öz seçimlərini ediblər:

"Düşündülər ki, belə bir addım atmaqla istəklərinə nail olub hansısa yüksək status və güzəştlər əldə edə biləcəklər. Azərbaycanın qətiyyətli və prinsipial mövqeyi ermənilərin və havadarlarının həmin məkrli planlarını pozdu. Qarabağdan köç edən 20 minə yaxın ermənin sayını şişirtməklə müxtəlif dairələr, xüsusən də bəzi Qərb dövlətləri bundan Bakıya qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Qarabağdan köç edən ermənilərdən təkcə Azərbaycana qarşı istifadə olunmur. Onlar Paşinyan hakimiyyəti üçün problem yarada biləcək qüvvə rolunda da çıxış edir. Odur ki, Ermənistan hakimiyyəti Qarabağdan köç edən ermənilərdən canları qurtarmaq və separatçı tör-töküntülərdən xilas olmağa çalışır".

Ə.Oruclunun sözlərinə görə, köç edən ermənilər Ermənistan hakimiyyətinə də ciddi problem yaratsalar da, İrəvan öz məqsədlərini gerçəkləşdirmək üçün gələcəkdə bu faktorun tam aradan qalxmasında maraqlı deyil:

"Göründüyü kimi həm bəzi xarici dairələr, həm də Ermənistan iqtidarı bundan sonra da bu amildən faydalanmağa çalışacaq. Əgər Ermənistan, yaxud onun havadarları Qarabağa qayıdışı tələb edirlərsə, o zaman Qərbi azərbaycanlıların da bu hüququ tanınmalıdır”.

Əli Oruclu: Ermənistan hakimiyyəti Qarabağdan köçən ermənilərdən canını qurtarmağa çalışır

Müsahibimiz vurğulayıb ki, rəsmi Bakının mövqeyi aydın və dəqiqdir:

“Hansısa fərqli yanaşmadan və yaxud güzəştdən söhbət gedə bilməz. Ermənilərin qayıdışı mövzusu qapanmış sayılır. Düşünürəm ki, sülh sazişi ilə bağlı Ermənistan Azərbaycan arasında aparılan danışıqların predmetində də ermənilərin yenidən qayıtması mövzusu öz əksini tapmamalıdır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026