• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistanda KTMT-dən çıxmağın nəticələri dövlət sirri hesab edilir

SİYASƏT

05 Mart 2024 | 12:47

Ermənistanda KTMT-dən çıxmağın nəticələri dövlət sirri hesab edilir

Ermənistan hələlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayıb, təşkilatdan ayrılmağın mümkün nəticələri dövlət sirridir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Edvard Asryan jurnalistlər üçün keçirilən brifinqdə səsləndirib. Həmçinin Rusiyadan silah tədarükü ilə bağlı suala cavab verməkdən yayınan Asryan bu prosesin də dövlət sirri olduğunu bildirib.

Qeyd edək ki, son vaxtlar Ermənistan hakimiyyəti Rusiya ilə bağlı tənqidi bəyanatlar səsləndirir. Baş nazir Nikol Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib və respublikanın həmin təşkilatda iştirakını dayandırdığını açıqlayıb.

Rusiya XİN Ermənistan hakimiyyətinin davranışlarının dost erməni xalqının maraqlarına cavab vermədiyini bəyan edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində İrəvandan gələn bəyanatların ikitərəfli münasibətlərə yenidən baxılmasına səbəb ola biləcəyini deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026