• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ermənistanı Rusiya asılılığından Türkiyə xilas edəcək

DÜNYA

18 Dekabr 2021 | 13:11 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanı Rusiya asılılığından Türkiyə xilas edəcək

"Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq addımlar atılır. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Ankara İstanbul-İrəvan-İstanbul reyslərinin açılması ilə bağlı Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxıldığını qeyd edib. Bunu iki ölkə arasında iqtisadi və diplomatik əlaqələrin qurulması istiqamətində atılan ilkin addım hesab etmək olar".

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə, son zamanlar Ermənistan və Rusiyanın maraqları üst-üstə düşmür: "Daha doğrusu, İrəvan Kremlin birbaşa diqtəsindən yayınmağa çalışır. Bu da təbiidir. Çünki rəsmi İrəvan hazırda Rusiya təsirindən çıxmaq, Qərbə inteqrasiya etmək istəyir. Görünür, Ermənistan bu istiqamətdə hər şeyi etməyə hazırdır. Vəziyyət o həddə çatıb ki, rəsmi İrəvan Ankara ilə də əməkdaşlığa hazırdır. Ermənistan üçün Türkiyə Qərbin qapısıdır. Bu mənada demək olar ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdıraraq həm Kremlin təsirindən çıxmaq, həm də Qərbə inteqrasiya etmək istəyir. Rus asılılığını türk aslılığı əvəz edəcək”.

Ekspert deyir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması türk şirkətlərinin bu ölkəyə axın etməsi ilə nəticələnəcək. Tədricən türk şirkətlərinin bu ölkəyə investisiya qoyması, sayının artması tədricən erməni iqtisadiyyatının Türkiyədən asılı hala gəlməsinə səbəb olacaq. Bundan başqa, sərhədlərin açılması erməni vətəndaşlarının işlək üçün Türkiyəyə axın etməsi ilə nəticələnəcək.

Digər tərəfdən, gələcəkdə Rusiyanın siyasi və hərbi çəkisinin azalması, Türkiyənin iqitisadi baxımdan çəkisini artırması ilə əvəzlənə bilər. Rusiya hazırda Ermənistanda hərbi baxımdan təsirini qoruya bilir.

Siyasi ekspertin sözlərinə görə, Türkiyə isə gələcəkdə bunu iqtisadi təsiri ilə əvəzləyəcək: "İrəvanın Ankaradan iqtisadi, Bakıdan isə enerji asılılığı olacaq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR