• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Festival zamanı izdiham: Ölən və yaralananlar var

DÜNYA

17 Aprel 2022 | 09:57

Festival zamanı izdiham: Ölən və yaralananlar var

Hindistanın Tamil Nadu ştatında dini festivalda izdiham yaşanıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, nəticədə azı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ştat rəsmilərinin sözlərinə görə, festival Madurai rayonundakı şəhərlərdən birində keçirilib. İlkin məlumata görə, izdihama festival iştirakçılarının eyni vaxtda dindarlar üçün əhəmiyyətli bir yerə hərəkət etməsi səbəb olub.

Qeyd olunur ki, çoxlu sayda insan yer darlığına görə boğulmadan şikayət edib. Onlardan bəziləri huşunu itirib. Zərərçəkənlərdən bəziləri xəstəxanaya yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026