• Bakı 23° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Fidan: İsrail ABŞ-İran danışıqlarını pozmaq üçün fürsət gözləyir

DÜNYA

21 Iyun 2026 | 18:00

Fidan: İsrail ABŞ-İran danışıqlarını pozmaq üçün fürsət gözləyir

ABŞ və İran 60 gün ərzində bir neçə çətin məsələni həll etməlidirlər, burada çıxılmaz vəziyyətlərin yaranması mümkündür və İsrail danışıqlar prosesini pozmaq üçün fürsət gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib.

"Danışıqlar bu gün effektiv şəkildə başlayıb və ilkin əlaqələr qurulub. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla telefonla danışdıq və bu məsələni də müzakirə etdik. Bütün detalları və texniki aspektləri dərhal həll etmək asan olmaya bilər. Zaman-zaman gərginlik yarana bilər. Biz buna hazır olmalıyıq. Əlbəttə ki, ilk fürsətdə vəziyyəti pozmaq üçün uyğun anı gözləyən İsrail həmişə var", - deyə o əlavə edib.

O xatırlatdıb ki, ABŞ və İran arasında memorandum imzalandıqdan sonra bəzi məsələlər növbəti 60 gün ərzində müzakirəyə çıxarılıb:

"Bəzi məqamlar texniki məsələlərlə, xüsusən də nüvə proqramı ilə bağlı məsələlərlə bağlıdır. Danışıq qrupları sanksiya məsələləri ilə yanaşı, bunlar üzərində də işləməlidir. Münaqişəsiz həll mexanizmi yaradılmalıdır. Bütün bunlar müəyyən dərəcədə texniki məsələlərdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026