• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Fransa Prezidentinin bəyanatları yolverilməz və qəbuledilməzdir” - Rusiya XİN

DÜNYA

13 Oktyabr 2022 | 18:26 | Müəllif: Subhan Mahmudov

“Fransa Prezidentinin bəyanatları yolverilməz və qəbuledilməzdir” - Rusiya XİN

Parisin Moskvanın Bakı və İrəvanla münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur və bu, yalnız Fransanın bölgədəki nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxaracaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçücü Mariya Zaxarovanın bəyanatında deyilir.

Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun Moskvanın guya Cənubi Qafqazda sabitliyi pozmağa çalışması ilə bağlı bəyanatları yolverilməz və qətiyyən qəbuledilməzdir: “Fransa Prezidentinin absurd uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərmədiyini nümayiş etdirir və bu ölkənin konstruktiv rol oynaya bilməsini şübhə altına alır”.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR