• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Fransız saytı təəccüblənir: erməni təbliğatını susdurmağın unikal imkanı

SİYASƏT

24 Oktyabr 2022 | 16:02 | Müəllif: Qalib İbrahimoğlu

Fransız saytı təəccüblənir: erməni təbliğatını susdurmağın unikal imkanı

"Caucase de France" saytı Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş Petisiyaya səsvermədə azərbaycanlıların kütləvi iştirakını təəccüblə qeyd edir.

Bakıvaxtı.az xatırladır ki, bu Petisiya Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə layihəsinə cavab olaraq, Mesopinions.com fransız petisiyalar saytında yerləşdirilib. Fransa parlamentariləri ölkəmizi “kütləvi və hərbi cinayətlər”də ittiham etmək, o cümlədən Avropa İttifaqı ölkələrini Azərbaycanın neft və qazının alınmasına embarqo tətbiqinə sövq etmək niyyətindədirlər.

https://insanoid.com/azarbaycanlilarin-hazirladiqlari-petisiyada-nadan-bahs-edilir-tam-matn/

“Mesopinions.com saytında Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş petisiyanın dərc olunmasından on üç gün keçib, artıq 31 mindən çox insan ona səs verib. Bu petisiyanın altında şərhlərin sayı 3300-dən artıqdır … Müqayisə üçün: Dağlıq Qarabağdakı erməni xristian ziyarətgahlarının mühafizəsi üçün 2020-ci ilin noyabr ayında həmin fransız saytında yerləşdirilən Petisiya o vaxtdan bu günə kimi cəmi 1060 səs və 143 şərh alıb”, - "Caucase de France" qeyd edir.

https://insanoid.com/azarbaycanlilarin-hazirladiqlari-petisiyada-nadan-bahs-edilir-tam-matn/

https://insanoid.com/90055-2/

Saytın məlumatına görə, Fransa Senatına müraciətin yer aldığı petisiya Azərbaycanın müxtəlif şəhərlərinin on sakini tərəfindən başladılıb. “Bu təşəbbüs qrupunun rəhbəri 2020-ci ildə Azərbaycan-Ermənistan hərbi münaqişəsi zamanı raket atəşlərinə məruz qalmış Gəncə şəhərinin ictimai fəalı, 52 yaşlı Ələkbərova Kubradır”.

https://insanoid.com/petisiya-imzalanmasi-azerbaycan-dilinde/

https://insanoid.com/petisiyanin-rus-dilinde-imzalanmasi/

Nə qədər çox azərbaycanlı petisiyaya dəstək olmaq üçün səsvermədə iştirak edərsə, fransız və digər Avropa ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən, nəhayət ki, Fransanın birtərəfli, ermənipərəst mövqeyi ilə bağlı bizim fikrimizin eşidilmək ehtimalı bir o qədər də artar. Bu, Avropadakı erməni təbliğatını susdurmaq üçün unikal şansdır.

"Caucase de France"  onu da qeyd edir ki, petisiya və ona dəstək məqsədilə Bakıda, Fransa səfirliyinin önündə keçirilən etiraz aksiyası ilə bağlı ABŞ hakimiyyəti tərəfindən maliyyələşdirilən “Radio Svoboda”nın bir neçə regional xidmətlər saytı xəbər verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR