• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Gədəbəydə bir gündə 7 nəfər dəm qazından zəhərləndi - ADLAR - YENİLƏNİB

HADİSƏ

11 Mart 2024 | 08:57 | Müəllif: Qalib İbrahimoğlu

Gədəbəydə bir gündə 7 nəfər dəm qazından zəhərləndi - ADLAR - YENİLƏNİB

Gədəbəydə dəm qazından zəhərlənən şəxlərin kimliyi məlum olub.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, onlar rayonun Qardağ kənd sakinləri, 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlıdır.

    Digər zəhərlənən şəxs Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynovdur.

    Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər.

    Zəhərlənən şəxslərin vəziyyətlərinin kafi olduğu bildirilir.

    Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    08:42

    Gədəbəydə dəm qazından zəhərlənmə faktları olub.

    Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, rayonun Qardağ kəndində bir aildən dörd nəfər dəm qazından zəhərlənib.

      Digər bir fakt şəhərin Səməd Vurğun küçəsində, daha ikisi isə rayonun Gərgər kəndində qeydə alınıb.

      Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      26 Noyabr 2026