"Gələn il 3 milyon ağac əkilməsi nəzərdə tutulur".
Bakıvaxtı.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu il ərzində nəzərdə tutulan 2 milyon ağac əkimi uğurla həyata keçirilib: "Biz növbəti il üçün 3 milyon ağac əkimini planlaşdırırıq. Yaşıllaşdırma işinin, meşəsalmanın həyata keçirilməsi builki planlar arasındadır".
Nazir müavini deyib ki, 2021-ci ildə 807 ha ərazidə 846885 ağac əkilib. Bu il əkilən 2 milyon ağacın 850 minə yaxını meşə örtüyünə aiddir.
Nuranə Daxilqızı
















