Gələn il Azərbaycana 5 424 330 doza vaksin gətiriləcək
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu, 2022-ci ildə təsdiq olunmuş müqaviləyə əsasən nəzərdə tutulur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, növbəti il 4 milyon doza "CoronaVac", 1 344 330 doza "Biontech/Pfizer", 80 000 doza "Sputnik V" peyvəndinin ölkəyə gətirilməsi nəzərdə tutulur. Bildirilib ki, gələn il bu istiqamətdə müqavilələrin imzalanması istisna olunmur.
















