Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az APA-ia istinadla xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.
İki “VAZ” markalı avtomobilin toqquşması ilə sürücülərdən biri xəsarət alıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub qəzanın səbəbləri araşdırılır.
















