İqtisadiyyat Nazirliyində “Goldman Sachs” şirkətinin nümayəndə heyəti ilə görüşdə iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Goldman Sachs” şirkətinin Aktivlərin və sərvətin idarəedilməsi bölməsinin müştəri biznesi üzrə qlobal rəhbəri Met Qibsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə ölkəmizlə şirkət arasında səmərəli tərəfdaşlıq vurğulanıb. Azərbaycanın əlverişli biznes mühiti, makroiqtisadi sabitliyi və güclü valyuta ehtiyatları fonunda investorlar üçün etibarlı tərəfdaş olduğu diqqətə çatdırılıb. Ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti, qeyri-neft sektorunun inkişafı, rəqəmsal inkişaf gündəliyi barədə məlumat verilib. Qlobal çağırışlara uyğun müəyyən edilmiş iqtisadi prioritetlərin strateji investisiyalar üçün əlverişli imkanlar yaratdığı qeyd edilib.
Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər
Bakı 





