• Bakı C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

Zöhrab Qədirova nazirlikdə yüksək vəzifə verildi

CƏMİYYƏT

24 Fevral 2026 | 17:33

Zöhrab Qədirova nazirlikdə yüksək vəzifə verildi

İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş şöbəsinə yeni müdir təyin olunub.

Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Zöhrab Şakir oğlu Qədirov təyin edilib.

Qeyd edək ki, Z.Qədirov son təyinatadək nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini vəzifəsində çalışıb. O, 2022-ci ildən bu postu tutub.


SON XƏBƏRLƏR