• Bakı 24° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Goranboyda məktəblilər arasında insident - Bıçaqlanan var

CƏMİYYƏT

03 Aprel 2024 | 14:56 | Müəllif: Subhan Mahmudov

Goranboyda məktəblilər arasında insident - Bıçaqlanan var

Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident baş verib.

Bakıvaxtı.az xəbər verir ki, şagirdlər bir-birinə xəsarət yetiriblər. 2007-ci il təvəllüdlü Şeyxov Ayxan Məhəmməd oğlu döş qəfəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya aparılıb.

"Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədir. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - idarədən qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026