İyulun 30-31-də güclü geomaqnit qasırğası gözlənilir.
Bakıvaxtı.az bu barədə Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövrü ərzində Günəş fəallığı artıb. Həftə ərzində bir neçə Yerə doğru istiqamətlənmiş Tac Kütlə Atılması (TKA) qeydə alınıb.
Ardıcıl baş vermiş TKA-nın təsiri nətiəsində Günəş küləyinin sürətinin 31 iyuldadək yüksək olacağı proqnozlaşdırılır.
Geomaqnit sahəsi – 27 iyulda baş vermiş TKA-nın təsiri ilə bu gün G1 (zəif), 30-31 iyulda isə son günlərdəki aktivliyə bağlı olaraq G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.
















