• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Günəşdə yeni güclü partlayış baş verib

DÜNYA

01 Iyun 2024 | 14:50 | Müəllif: Gülşən Şərif

Günəşdə yeni güclü partlayış baş verib

İyunun 1-də Günəşdə ən yüksək dərəcəli partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"İyunun 1-də Moskva vaxtı ilə saat 01:03-də (Bakı vaxtı ilə 02:03 - red.) 17 dəqiqə davam edən "X1.1" partlayışı qeydə alınıb", - deyə institutdan bildirilib.

Qeyd edək ki, mayın 29-da da "X1.4/2B" partlayışı qeydə alınıb və o, 87 dəqiqə davam edib. Bundan sonra elm adamları 31 may - 1 iyun tarixlərində Yer kürəsində maqnit qasırğasının başlaya biləcəyini, lakin onun ifrat xarakter daşımayacağını proqnozlaşdırmışdılar.

Günəşdə partlayış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026