Gürcüstanın altıncı prezidenti Mixeil Kavelaşvili Seçicilər Kollegiyası tərəfindən seçildikdən sonra ilk əfv addımını atıb və ümumilikdə 613 məhkumu əfv edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sova” məlumat yayıb.
Prezidentin bəyanatında qeyd olunub ki, “əfv edilənlərə ailələrinin yanına qayıtmaq və cəmiyyətin tamhüquqlu üzvü kimi yaşamaq şansı verilib”.
Əfv qərarı Mübarək bayramının qeyd olunması münasibətilə qəbul edilib. Bununla belə, əfv fərmanının hansı kateqoriyadan olan məhbuslara şamil edildiyi açıqlanmayıb.