• Bakı 12° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Harri Kasparov: “Putinin məqsədi NATO və Aİ-ni ləğv etməkdir”

DÜNYA

05 Dekabr 2025 | 08:24

Harri Kasparov: “Putinin məqsədi NATO və Aİ-ni ləğv etməkdir”

Rusiyalı siyasətçi, dünya şöhrətli yazıçısı, qrossmeyster Harri Kasparov Rusiya prezidenti Vladimir Putinin niyyətləri ilə bağlı Avropaya sərt xəbərdarlıq edib.

Bakıvaxtı.az-ın "LeFigaro.fr"ə istinadən verdiyi xəbərə əsasən o qeyd edib ki,  V.Putin Avropanı hədələyir:

"O, bizə deyir ki, Avropada müharibə olacaq və fakt budur ki, müharibə artıq gedir. Putinin strateji hədəfi var. Biz ona diqqətlə qulaq asmalıyıq. O, Sovet imperiyasını yenidən qurmaq istəyir, lakin onun strateji məqsədi daha genişdir: Soyuq Müharibənin məğlubiyyətinə görə Qərbdən qisas almaq. Bu gün Qərb III Dünya Müharibəsindən qorxur, amma Putin artıq IV Dünya Müharibəsini aparır! Onun üçün III Dünya Müharibəsi SSRİ  və Rusiyanın uduzduğu soyuq müharibə idi. Bu dördüncü müharibədə onun vəzifəsi sadəcə ərazi ələ keçirmək deyil.  Ukrayna  mühüm addımdır, çünki onsuz Rusiya imperiyası yoxdur. Ancaq Putinin layihəsi ondan qisasdır".

Aydın Baxış


SON XƏBƏRLƏR

04 Dekabr 2025