• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Heç kim sülhməramlılara nəsə səhv etdiklərini deyə bilməz” - Peskov

DÜNYA

25 Sentyabr 2023 | 14:23 | Müəllif: Qalib İbrahimoğlu

“Heç kim sülhməramlılara nəsə səhv etdiklərini deyə bilməz” - Peskov

Rəsmi Moskva Rusiya Qarabağ ətrafındakı vəziyyətin emosional intensivliyini anlayır, lakin vəziyyəti Rusiya sülhməramlılarının üzərinə atmaq cəhdi ilə qəti şəkildə razılaşmır.

Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Rusiya sülhməramlıları Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarını başlamazdan əvvəl dayandıra bilərdilər və baş verənlərə görə guya onların da məsuliyyət payı var.

“Biz bu anın emosional intensivliyini başa düşürük, lakin məsuliyyəti Rusiya tərəfinin, hətta daha çox Rusiya sülhməramlılarının üzərinə götürmək cəhdi ilə qəti şəkildə razılaşmırıq. Heç kim sülhməramlılara nəsə səhv etdiklərini deyə bilməz. Biz heç vaxt belə qınaqlarla razılaşmayacağıq", - deyə Peskov qeyd edib.

Eyni zamanda, Kreml nümayəndəsi qeyd edib ki, Moskva müxtəlif səviyyələrdə tərəflərlə dialoqu davam etdirir, xüsusən də bu çətin günlərdə Ermənistanla və sentyabrın 20-də Rusiya prezidenti Vladimir Putinin Paşinyanla telefon danışığı olduğunu xatırladıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR