• Bakı 14° C

    7.53 m/s

  • USD - 1.7

    EUR - 1.8007

    RUB - 1.7043

Heydər Əliyevin başlatdığı azərbaycançılıq ideyası uğurla davam etdirilir

LAYİHƏ

14 Iyun 2024 | 15:18

Heydər Əliyevin başlatdığı azərbaycançılıq ideyası uğurla davam etdirilir

6.3.9. azərbaycançılıq ideyasının təbliği

"Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". 

Ulu Öndər Heydər Əliyevin 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında səsləndirdiyi bu fikir azərbaycançılığın dövlətin əsas və prioritet məsələ olduğunu sübut edir. 

Azərbaycançılıq ideyası  bütün dünya azərbaycanlılarının öz milli-mənəvi dəyərlərinə, dilinə, tarixinə, adətlərinə, mədəniyyətinə sahib çıxması və onun qorumasındır. 

Ümumilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ideologiya sayəsində bu gün dünyanın bir çox ölkələrindən fərqli olaraq Azərbaycanda siyasi, dini, məzhəb, etnik, mədəni sahələrdə özünü göstərən münaqişələr, daxili çaxnaşmalar yoxdur.  

Heydər Əliyevin başlatdığı azərbaycançılıq ideyası, dünya azərbaycanlılarının milli ruhda birləşməsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

“Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”- deyən İlham Əliyev bu istiqamətlərdə gördüyü işlərlə bunu sübut etmişdir. 

Qarabğın tamamilə azad edilməsində də məhz azərbaycanlıların öz tarixinə, torpaqlarına sahib çıxması, vətənpərvərlik və azadlıq eşqi ilə yaşaması sayəsində mümkün olub. 

Azərbaycançılıq ideyasının təbliği və istiqamətdə görülən işlərlə bağlı Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib ki, Azərbaycançılıq ideologiyası qədim dövrlərdən başlayaraq günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, etnik-siyasi və psixoloji xüsusiyyətlərini özündə cəmləşdirən və yaşadan baxışlar sistemi kimi yaranıb və formalaşıb.  

Onun sözlərinə görə, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan öz müstəqilliyini bərpa edib və bu dövrdə milli kimliyin, milli şüurun yenidən canlanması prosesinə böyük ehtiyac var idi.  

Müsahibimiz qeyd edib ki, azərbaycançılıq ideyaları bu dövrdə daha çox diqqət mərkəzinə çıxdı və milli identikliyin qorunması, müstəqil dövlətçiliyin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirildi. 

Sevil Mikayılova qeyd edib ki, həmin dövrdə Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyalarının formalaşması və yayılması üçün mühüm işlər görüb və onun sayəsində Azərbaycan dilinin dövlət dili statusunun qorunması və inkişafı, milli mədəniyyətin və tarixin təbliği ön plana çəkilib. 

Deputat Prezident İlham Əliyevin, ulu öndərin başladığı milli dövlətçilik siyasətini davam etdirərək, azərbaycançılıq ideyalarını gücləndirməyə davam etdiyini diqqətə çatdırıb.  

Bildirib ki, onun bu istiqamətdə səsləndirdiyi fikirlər və gördüyü işlər milli şüurun və milli identikliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir: 

“Prezident İlham Əliyev Azərbaycan dilinin istifadəsi və inkişafı üçün müxtəlif qanunlar və tədbirlər həyata keçirib. O, dilin müasir dövrün tələblərinə uyğun inkişafını təmin etmək üçün dilin normativ bazasının yenilənməsi və dil tədrisinin gücləndirilməsi üçün xüsusi proqramların tətbiq edilməsi ilə bağlı qərarlar verib". 

Həmsöhbətimiz eyni zamanda  Azərbaycanda milli tarixin və qəhrəmanlıq səhifələrinin təbliği və qorunmasına xüsusi diqqət yetirilirdiyini söyləyib: 

"Xüsusilə birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməsi Prezidentin siyasətində önəmli yerləri tutur". 

Sevil Mikayılova Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəni irsin qorunması və təbliği istiqamətində bir sıra mühüm layihələr həyata keçirdiklərini yada salaraq Heydər Əliyev Fondunun bu sahədə çoxsaylı layihələrə imza atdığını və  bunun da milli mədəniyyətin qorunması və dünya səviyyəsində tanıdılması baxımından vacib olduğunu qeyd edib. 

Sevil Mikayılova: Azərbaycançılıq ideologiyası adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi özündə yaşadan baxışlar sistemi kimi yaranıb

Həmçinin deyib ki, 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır və bu, təkcə infrastruktur layihələri deyil, həm də milli-mədəni irsin bərpası və bu ərazilərin tarixi kimliyinin bərpası baxımından əhəmiyyətlidir: 

“İlham Əliyevin prezidentliyi dövründə Dünya Azərbaycanlılarının Qurultayı kimi tədbirlər keçirilib, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi möhkəmləndirilib. Bu tədbirlər, xaricdə yaşayan azərbaycanlıların milli kimliyini və mədəniyyətini qorumaq və inkişaf etdirmək baxımından olduqca əhəmiyyətlidir". 

Həmsöhbətimiz sonda azərbaycançılıq ideyalarının, milli kimliyin, mədəniyyətin və dilin qorunması və inkişaf etdirilməsnin  ötən əsrin sonlarından indiyədək böyük inkişaf yolu keçdiyini vurğulayıb. Bildirib ki, İlham Əliyevin rəhbərliyi dövründə bu ideyalar daha da gücləndirilmiş və müasir dövrün tələblərinə uyğun olaraq inkişaf etdirilmişdir: 

"Onun bu istiqamətdə səsləndirdiyi fikirlər və həyata keçirdiyi tədbirlər, Azərbaycanın milli şüurunun və milli kimliyinin möhkəmləndirilməsi baxımından mühüm rol oynayır".

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

20 Noyabr 2024