• Bakı 25° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Azərbaycan sosial-iqtisadi inkiaşf yolunadadır

LAYİHƏ

07 Iyun 2024 | 09:58

Azərbaycan sosial-iqtisadi inkiaşf yolunadadır

6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

“Regionların sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramı uğurla həyata keçirilib. Bu proqramların həyata keçirilməsi ölkənin iqtisadi inkişafı, eləcə də mədəni cəhətdən irəliləyişi üçün çox böyük zəmin yaradıb”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib.

Tahir Rzayev: Əsas diqqət Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldilib

Deputatın sözlərinə görə, birinci proqramda əgər regionların müəyyən qəsəbələrinin, kəndlərinin abadlaşdırılması, yolların, qazın, işığın, suyun çəkilişi məsələləri, infrastruktrun müəyyən qaydada dəyişdirilməsi məsələləri qoyulmuşdusa, artıq 2-3-cü dövlət proqramlarında daha irimiqyaslı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu vəzifələrsə uğurlu şəkildə həyata keçirilib. Bu gün ölkədə işıq, qaz, yol problem demək olar ki, yoxdur. Bu problemlər aradan qaldırılıb və müəyyən çatışmazlıqların yerinə yetirilməsi üçün də tədbirlər həyata keçirilir.

T.Rzayev dünyanın üz-üzə qaldığı su problemindən də bəhs edib:

“Dünya su problem ilə üz-üzədir. Bu, Azərbaycanda da özünü göstərir. İşğaldan azad olunmuş ərazilərdə artıq yeni su anbarlarının, yeni su elektrik stansiyalarının yaradılması bu mövzüda öz töhfəsini verəcək və bu problemlər aradan qalxacaq. Azərbaycan iqtisadi inkişaf yolundadır. Sözsüz ki, bu inkişafın təmin olunmasının əsas müəllifi hörmətli prezidentimiz cənab İlham Əliyevdir. Çünki məhz onun rəhbərliyi və tapşırığı ilə regionların sosial -iqtisadi inkişafına dair 4 mühim dövlət proqramı uğurla həyata keçirilib”.

Müsahibimiz deyir ki, Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulması orada gələcək social- iqtisadi inkişaf üçün məsələlərin həll olunması bu gün qarşıda duran vacib nüansdır. Bu məsələlərin həlli üçün ərazilərin bərpası, tikinti-abadlıq işlərinin aparılması üçün dövlət büdcəsindən küllü miqdarda vəsaitin ayrılması deməyə əsas verir ki, tez bir zamanda bu regionlar müasir şəhərə çevriləcəklər. Son illər bərpa-abadlıq-quruculuq işləri üçün dövlət büdcəsindən 7 milyard vəsait ayrılıb. Əlavə 5 milyard vəsaitin ayrılması da nəzərdə tutulur. Son büdcə layihəsinin müzakirəsi zamanı da xeyli vəsaitin ayrılması artıq layihədə öz əksini tapıb.

Tahir Rzayev Qarabağ və Şərqi Zəngəzurla yanaşı ölkəmizin digər iqtisadi rayonlarında da quruculuq-abadlıq işlərinin aparıldığını qeyd edir:

“Bu ərazilərin bərpası, yenidən qurulması o demək deyil ki, digər ərazilərdə işlərin həyata keçirilməsi unudulub. Sözsüz ki, əsas diqqət Qarabağa və Şərqi Zəngəzur rayonlarının inkişafına yönəldilib. Ancaq digər rayonların da inkişafı üçün, mədəniləşsdirilməsi üçün əlavə tədbirlər həyata keçirilməlidir. Çox yaxşı haldır ki, bu gün respublikanın əksəriyyəti büdcədən maliyyələşmir. Onlar daxili imkanlar və daxili iqtisadiyyat nəticələrinə görə özlərinin tikinti, abadlıq, quruculuq işlərini həyata keçirməyə qadirdirlər. Bu isə öz növbəsində çox yaxşı haldır”.

Vüqar Bayramov: Son 3 ildə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyarda yaxın vəsait ayrılıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun Bakıvaxtı.az-a dediklərinə görə, regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün hər zaman prioritet məsələlərdəndir və cənab Prezidentimiz 20 illik fəaliyyəti dövründə regionların sosial-iqtisadi inkişafına xüsusi diqqt ayırıb. Bu yöndə dövlət proqramlarının qəbul edilməsi, bu istiqamətdə infrastrukturun formalaşması, dövlət büdcəsindən mütəmadi vəsaitlərin ayrılması da məhz bölgələrimizin inkişafı məqsədi daşıyırdı. Ötən müddətdə biz bölgələrimizdə infrastrukturun formalaşması və bu istiqamətdə işlərin sürətlənməsini müşahidə etdik. Son 20 ildə regionlarda həm mədəniyyət, həm logistik, həm kommunal xidmətlərə çıxışla bağlı infrastruktrun formalaşmasını müşahidə etdik.

V.Bayramov son 3 ildə Qarabağ və şərqi Zəngəzurun bərpası və yuenidən qurulması üçün 18 milyarda yaxın vəsaitin ayrıldığını bildirir:

“Regionlara sərmayənin cəlb edilməsi çox vacib idi və artıq regionların mədəni şəkildə investisiya cəlbində rolunun artması müşahidə olunur. Hazırda əsas hədəflərdən biri Qarabağ və şərqi Zəngəzurun bərpasıdır. 2024-cü il daxil omaqla son 3 ildə Qarabağ və şərqi Zəngəzurun bərpasına 18 milyarda yaxın vəsait ayrılıb. Növbəti illərdə də bu bütövlükdə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına ayrılan vəsaitin daha da artırılmasına məcbur olacağıq. Bu məsələ prioritetliyini qoruyub saxlamaqdadır. Digər bölgələrimizin inkişafı da diqqətdədir. Qarabağ və şərqi Zəngəzurun bərpası prioritetlərdən olsa da, digər bölgələrimizlə də bağlı dövlət tərəfindən addımlar atılır”.

Deputat qeyd edir ki, bölgələrin inkişafı qeyri-neft sektorunun inkişafı baxımından da vacibdir. Həm 2023-cü ilin, həm də 2024-cü ilin geridə qalan aylarının yekunları göstərir ki, iqtisadi artım qeyri-neft sektorunda formalaşan artım hesabına mümkün olur. Çünki qeyri-neft sektorundakı artım enerji sektorundakı artımı təxminən 2 dəfə üstələyir. Bu da qeyri-neft sektorunun ümumi iqtisadi artıma töhfəsindən xəbər verir.

Natiq Cəfərli: Regionlardaiş yerlərininyaranmaması ənböyükproblemlərdəndir

Bakıvaxtı.az-a danışan iqtisadçı Natiq Cəfərli isə regionlarda iş yerlərinin yaranmasının vacibliyini vurğulayır:

“Son 20-25 ili götürsək, regionların inkişafına dair 4 proqram qəbul olunub və Bakı və Abşeron xaric regionlara rəsmi rəqəmlərə görə 105 milyard manat investisiya yatırılıb. Regionlarda iş yerlərinin yaranmaması və Bakıya axının qarşısının alınmaması ən böyük problemlərdən biridir. Regionların ümumidaxili məhsulun artımında payı, xarici tisarətdə payı, ixracatda payı, bütün bunlar faiz nisbətində artmayıb. Ümumi mütləq rəqəmlərdə artım olsa da, faiz nisbətində ciddi artımlar müşahidə olunmur. Bu da hər şeyin yatırımdan aslı olmadığını sübut edir”.

İqtisadçının sözlərinə görə, regionlarda idarəetmə fəlsəfəsini də dəyişmək lazımdır ki, qoyulan yatırımlar müsbət effekt versin:

“Bir tək iş yerləri ilə hər şey həll olunmur, sosial infrastruktur da yaxşılaşmalıdır. Hətta bəzi işi olanlar belə sosial infrastrukturun olmamasından əziyyət çəkirlər. Yəni teatr, kino, əyləncə mərkəzləri, gənclərin asudə vaxtlarının keçirmələri üçün məkanların olmaması bütünlükədə götürəndə ciddi problemlərdir”.

Ziyafət Əlisoy

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR