• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Hizbullah" Livanı da müharibəyə qoşmağa çalışır

DÜNYA

22 Oktyabr 2023 | 13:42 | Müəllif: Subhan Mahmudov

"Hizbullah" Livanı da müharibəyə qoşmağa çalışır

İsrailin müdafiə ordusu (SAXAL) hesab edir ki,İran tərəfindən maliyələşdirilən "Hizbulla" qruplaşması, Livanı da  İsraillə müharibəyə çəkməyə cəhd  edir.

 Bakıvaxtı.az xəbər verir ki, bu barədə SAXAL-ın ehtitatda olan mətbuat katibi Conatan Konrikus The Times of İsrael qəzeti vasitəsi ilə məlumat verib.

 ""Hizbulla" Livanı müharibəyə çəkir, lakin bundan heç nə qazanmayacaq, əksinə çox şey itirəcək. Onlar vəziyyəti gərginləşdirmək istəyirlər"-deyə SAXAL-ın nümayəndəsi bildirib.

 Konrikus bəyan edib ki, "Hizbulla" çox təhlükəli oyun oynayır. Onun sözlərinə görə, qruplaşma tərəfindən hücumlar hər gün artmaqdadır. Mətbuat katibi, Livan hakimiyyətini,  ölkələrinin suverenliyinin təhlükəyə atıldığınının fərqində olmağa çağırıb.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026