• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Husilər Təl-Əvivə hipersəsli raketlərlə zərbə endirib

DÜNYA

19 Dekabr 2024 | 13:20

Husilər Təl-Əvivə hipersəsli raketlərlə zərbə endirib

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər hipersəs ballistik raketləri ilə Təl-Əvivdə iki hərbi hədəfə zərbə endiriblər.

Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə təşkilatın hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.

Onun sözlərinə görə, zərbə "Fələstin-2" tipli raketlərlə endirilib.

"Yəmən silahlı qüvvələrinin raket qoşunları hərbi əməliyyat keçirərək Yaffo rayonunda (Təl-Əviv) iki mühüm hərbi hədəfə iki "Fələstin-2" hipersəs ballistik raketi ilə zərbə endirib... Əməliyyat uğurla başa çatıb", - husilərin “Telegram” kanalında bildirilib.

Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, dekabrın 19-na keçən gecə Yəməndən Təl-Əviv istiqamətində atılan raket hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Zərərçəkənlərlə bağlı məlumat daxil olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026