• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İdmançılarımız AMADA-nın qərarından apellyasiya şikayəti verdi

İDMAN

09 Mart 2022 | 11:03 | Müəllif: Qalib İbrahimoğlu

İdmançılarımız AMADA-nın qərarından apellyasiya şikayəti verdi

Pauerliftinq üzrə millimizin aparıcı üzvlərindən ikisi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) qərarından şikayət edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunlar Azərbaycan çempionu olmuş idmançılardır. Onların qanında qanunla qadağan olunmuş stereoid maddəsi tapılıb.

Hər iki idmançı yerli və beynəlxalq yarışlarda onlardan heç vaxt dopinq test götürülmədiyini və bu səbəbdən bunun qanunla qadağan edildiyini bilmədiyini bildirib. Həmçinin onlar niyə ancaq çempionlardan dopinq test götürüldüyünə etiraz edərək apellyasiya instansiyasına müraciət edib.

Bundan başqa, digər Azərbaycan çempionu olan üç idmançıda da dopinq testin nəticəsi pozitiv çıxıb (oxu.az). Daha 1 idmançı isə test verməkdən imtina edib.

Qeyd edək ki, AMADA-nın direktoru Şəfəq Hüseynli dekabr ayında qurumun verdiyi hesabat xarakterli mətbuat konfransında 5 pauerlifterdə dopinq tapıldığını bildirsə də, adları açıqlamayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026