• Bakı 16° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

IFC ilə Orta Dəhliz və Xəzər keçidləri üzrə əməkdaşlıq imkanları müzakirə olunub

İQTİSADİYYAT

13 Noyabr 2025 | 10:11

IFC ilə Orta Dəhliz və Xəzər keçidləri üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüş zamanı AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verilib. Orta Dəhlizin inkişafı və Xəzər keçidləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Həmçinin ictimai nəqliyyat, hava nəqliyyatı, AZAL və Bakı Gəmiqayırma Zavodu üzrə mümkün tərəfdaşlıq sahələri, eləcə də bu şirkətlərə gələcəkdə özəl investorların cəlbi perspektivləri barədə fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

12 Noyabr 2025