• Bakı 15° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Qazaxıstan banklarından yenilik: Əl damarlarının şəklinə görə...

CƏMİYYƏT

13 Noyabr 2025 | 09:23

Qazaxıstan banklarından yenilik: Əl damarlarının şəklinə görə...

Qazaxıstan bankları tərəfindən tətbiq olunan yeni ödəniş üsulları məcburi yoxlamadan keçəcək.

Bakıvaxtı.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf nazirinin müavini Dmitri Mun deyib.

“Hazırda şəxsiyyəti təsdiq edən hər cür faktı toplayacaq vacib məlumat bazasının yaradılması üzrə iş aparılır. Əldə damarların şəklinin identifikasiya metodu kimi əlavə edilməsi imkanı da nəzərdən keçirilir”, - deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, bu üsullar daim genişləndiriləcək.

“Bu gün artıq bəzi üsullar üzrə yoxlamalar aparılıb: barmaq izləri üzrə Daxili İşlər Nazirliyində, şəxslər üçün isə müəyyən banklarda və dövlət qurumlarında. Yeni identifikasiya bazaları və xidmətləri kimin məlumat sahibi və onun işləməsinə kimin cavabdeh olacağını müəyyən edəcək”, - deyə o izah edib.


SON XƏBƏRLƏR

12 Noyabr 2025