• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İlham Əliyev Məhəmməd Ben Sulayemi ilə görüşdü - YENİLƏNİB

SİYASƏT

30 Aprel 2023 | 17:36 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev Məhəmməd Ben Sulayemi ilə görüşdü - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uzun illər mövcud olan uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi.

Azərbaycanda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edilməsinin əhəmiyyəti qeyd olundu. Vurğulandı ki, ölkəmizin uzun illər dünya səviyyəli çox önəmli tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi etməsi beynəlxalq əməkdaşlığa mühüm töhfə verir.

Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

 

16:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026