• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İmişlidə karantin rejimini pozan hamam aşkarlanıb

CƏMİYYƏT

09 Aprel 2021 | 11:40

İmişlidə karantin rejimini pozan hamam aşkarlanıb

İmişli rayonunda karantin rejimini pozan hamam müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Bakıvatxı.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə rayon ərazisindəki hamamın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar adıçəkilən ünvana baxış keçirilən zaman orada “bəy hamamı”nın keçirildiyi, sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən obyekt işçiləri və müştərilər daxil olmaqla səkkiz nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026