İndoneziyanın Flores adasında yerləşən Levotobi vulkanı altı dəfə püskürüb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Vulkanologiya və Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb. Bildirilib ki, püskürmə nəticəsində vulkan külü Levotobi Laki-Laki kraterindən 1500 metr yüksəkliyə qalxıb.
Sakinlərə və turistlərə vulkan kraterindən 5 kilometr radiusda uzaq durmaq, həmçinin külün təsirindən qorunmaq üçün maskalardan istifadə etmək tövsiyə olunub.
Xatırladaq ki, İndoneziya Sakit okeanın “Alov Həlqəsi”ndə yerləşdiyi üçün yüksək vulkanik aktivlik zonası hesab olunur.
Bakı 



