• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İndoneziyada şəhər şurasının binası yandırılıb: ölənlər var

DÜNYA

30 Avqust 2025 | 09:51 | Müəllif: Əli Hüseynov

İndoneziyada şəhər şurasının binası yandırılıb: ölənlər var

İndoneziyanın şərqində yerləşən Makassar şəhərində etirazçıların şəhər şurası binasında törətdikləri yanğın nəticəsində 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə avqustun 29-da baş verib.

Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinin məlumatına görə, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, binadakı yanğın artıq söndürülüb.

İndoneziyada etirazlar bu həftə parlament üzvlərinin maaşlarının yüksək olması səbəbindən başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026